İ üçün arxivlər

Heçnəyimi itiməkdən qorxuram

Məni dünyaya gətirən ana öldü…
Dünyaya gətidiyi körpəsi ölən biri anam oldu, başqasının həyatını özümünkü etdim, öz həyatım olmadı. Yad ailədə doğma oldum, doğulduğum ailədə yad. İllər keçdi özgənin paltarını geyib, qonşunun gətidiyi yeməklərdən yeyib böyüdüm, danışmağa öz sözüm olmadı illərlə dinlədim, dinlədiklərimi təkrarladım.
Sonra bildim ki, məktəbə getməliyəm axır ki, nəsə özümün olacaqdı. Amma olmadı, məktəbimizi işğal elədilər, elə evimizi də. Köçüb Bakıya gəldik, kiminsə evinə yerləşdik, yenə özgənin həyatını özəlləşdirdik, amma, öz həyatımızı da qoyub gəldiyimizə görə elə bəlkə də heç nə dəyişməmişdi. Yad məktəbə də doğmalaşdım. Onun artıq sumkasının içinə bu birinin kitablarını qoyub mənimdir deyib məktəbə getdim. Məktəbi də bitirdim, yox əşi soyuqdan ölmədim, istidən bişmədim, belə adamlar bir az sırtıq olurlar. Heç zəlzələ zad da kömək olmur ki, qırılaq.İllər keçir mən də elə onun bunun həyatından oğurladıqlarımla özümə həyat düzəldib yaşayırdım. Bu yazının davamını oxu »

, , , , , , , , , , , , , , , , , , , , ,

2 Şərh