Heçnəyimi itiməkdən qorxuram

Məni dünyaya gətirən ana öldü…
Dünyaya gətidiyi körpəsi ölən biri anam oldu, başqasının həyatını özümünkü etdim, öz həyatım olmadı. Yad ailədə doğma oldum, doğulduğum ailədə yad. İllər keçdi özgənin paltarını geyib, qonşunun gətidiyi yeməklərdən yeyib böyüdüm, danışmağa öz sözüm olmadı illərlə dinlədim, dinlədiklərimi təkrarladım.
Sonra bildim ki, məktəbə getməliyəm axır ki, nəsə özümün olacaqdı. Amma olmadı, məktəbimizi işğal elədilər, elə evimizi də. Köçüb Bakıya gəldik, kiminsə evinə yerləşdik, yenə özgənin həyatını özəlləşdirdik, amma, öz həyatımızı da qoyub gəldiyimizə görə elə bəlkə də heç nə dəyişməmişdi. Yad məktəbə də doğmalaşdım. Onun artıq sumkasının içinə bu birinin kitablarını qoyub mənimdir deyib məktəbə getdim. Məktəbi də bitirdim, yox əşi soyuqdan ölmədim, istidən bişmədim, belə adamlar bir az sırtıq olurlar. Heç zəlzələ zad da kömək olmur ki, qırılaq.İllər keçir mən də elə onun bunun həyatından oğurladıqlarımla özümə həyat düzəldib yaşayırdım. Bu yazının davamını oxu »

Advertisements

, , , , , , , , , , , , , , , , , , , , ,

2 Şərh

My Favorite Book- “Secret”

Reading so many books some of them while gives us just information, others attracts us but there is several books that leaves deep impression on us, changes our lifestyle even our character. During the history people try to save best values which make mankind develop and for this purpose books are very essential and useful. Because books gives us oceans of information and forms us.
Reading and collecting books is my family hobby. I have great private library which was inherited me from my Grandparents. I want to mention that there are more than 3000 books in our collection and oldest of them published in 1812. What a pity that during Armenia-Azerbaijan Nagorny Kharabakh war my family lost more ancient part of our collection which included manuscripts by famous Azerbaijani historian and writer Mirza Adigozal Bey, who was my grad-grandfather and first in the history wrote history of Kharabakh named “Kharabakhname”.

It is very difficult for me to say which book is my favorite one because each book is very especial for me and reading books I try to find something for useful for me. But there are some books that impressed me a lot but there is just one book which changed my life. World bestseller “Secret”, great project by Ronda Brown and many different essay and explanations by different famous and successful people shows ways of realization dreams. Why “Secret” is my favorite book?! Of course I have reasons.
At first I want to say that “Secret” says that every man is looks like solar and it sends beam to the universe and gets back reflected radian, for this we must think and act positive if we will do as the reason we will get pleasant feedback which will make us feel happy and using this tact we can also make our ideas happen.
Secondly I want to mention that next most important input which I got from this book is smiling. Smiling makes us to be sure to our inner power also via smiling we are sharing happiness to the people around us. And in this case we are getting feed back in a high mood which motivates us.
Third and most important point is that this book shows the right way of making goals, planning and spending money. I think this is very important for everyone, because for success you have to at first clarify your goals, then make action plan. And useful way of spending is also essential for continuous.
For conclusion I want to say that upper enumerated reasons which I found useful from my favorite book “Secret” changed my life to the best and I want to recommend this book to you too. After all at last want to say that every book is very interesting and we can find something interesting and useful for us in them.

Bir şərh yazın

Bloqosferdə Azon dəliyi və ya Kasıbsan get bloquvu yaz da…

Əvvəla onu bildirim ki, “Barcamp Azərbaycan” ın təşkil etdiyi “Barcamp Caspian”, “Barcamp Gəncə”, “Körpü Kamp” və sonradan eyni təşkilatın “İtim”lə təşkil etdikləri “Bloqosfer 2011” tədbirləri Azərbaycanda İnternetin, yeni medianın və vətəndaş cəmiyyətinin inkişafında müstəsna rola oynayıblar.
Bu tədbirlər biləvasitə internet sahəsində çalışan insanlarla yanaşı aktiv gənclər arasında da şəbəkələşməni daha da möhkəmləndirib, eyni zamanda bizlərə vaxtaşırı toplaşıb internet və yeni medianın problem və yeniliklərini müzakirə etməyə, həllinə çalışmağa imkanlar yaradıb. Bunu yuxarıda saladığım bütün tədbirlədə iştirak etmiş bir insan kimi əminliklə deyə bilərəm, çünki bu günə qədər bizlərə bu şansı verə biləcək alternativ bir tədbir yoxdur. Nece deyerlər:- “İgidi öldür, amma, haqqını yemə!”
Bu il də “Bloqosfer 2011”-in elanını gördüm və tələbə olduğum üçün yalnız forum hesabına iştirak edə biləcəyimi bildirib öz müraciət formamı təşkilatçılara göndərdim. Bir müddət sonra cavab gəldi:

Bu yazının davamını oxu »

, , , , , , , , , , , , ,

2 Şərh

Aсlıqla müharibə

Aclıq…
O normada olanda bizi gözəlləşdirir, çox olanda bizə əziyyət verir, davamlı olanda bizi öldürür, bəzən o bizi birləşdirir. Hər halı ilə aclıq bizi imtahan edir.
Bir çoxları bu sözü məktəbdə öyrənib. Digərlərimiz hələdi bunun nə olduğu bilmirik. Mən isə bu hissi həyata gəldiyim ilk günlərdən yaşamışam. Ana südünün dadını bilməmişəm, ele helə də böyümüşəm, sonradan illər keçib, ac-acına… Bu müharibə görmüş hər bir insan üçün adi bir həyat. Normal yaşayış deməkdir,- “Axşama nə var yeməyə?”
– “Sən çox acsan?!”(Bunu soruşan insan yaxşı bilir ki, mən acam, özü də çox)
-“Nə bilim o qədər də yox”
Artıq məlumdur ki, yeməyə heç nə yoxdur. Amma həyat davam edir.Bu günü bir təhər yola vermək lazımdır, bəs sabah… yəqin ki, nəsə olacaq amma nə?
Müharibə bizi tez böyüdür, lap tez, zamanından çox öncə. Artıq biz hər şeyi anlayırıq. Biz oyuncaq maşınla oynamaq əvəzinə kimlərinsə maşınını yuyur, qumla oynamaqdansa kim üçünsə yer qazıb pul qazanırdıq.
Bu dəm daha bir səs bəxtimizin qaranlığından bizi ayırıb, bu qaranı ruhumuza yaxırdı.
-Balaca, papan nə vaxt gəlir, bir xəbər zad var? Əşşi darıxma gələr çıxar.
Bu sözləri, baxışları, ifadələri indi daha yaxşı anlayıram, kinayəli o sözlər, bığaltı qımışmalar hamısı çox iyrənc idi. Mənim də atam cəbhədə vuruşurdu. Vuruşurdu ki, kimlərsə burda var dövləti rahat yığsın, kimlərsə gecə onun-bunun arvadını yatağına rahat salsın.
İllər keçdi…
Azan verildi, gəlin. Beləliklə bir aclıq içində gün başa çatdı, iftar açmaq zamanıdı.
Artıq böyümüşəm,yeməyə çörəyimiz də var. İllərdi həsrətində olduğum o çörəyi indi doyunca, hətta kökələnə qədər yeyirəm. Əslində bu özü böyük bir xoşəxtlikdir. Vaxt ötür amma bu gün də oruc mənə o aclıq günlərimi yada salır, illər öncə bir andaca qaçıb canımızı qurtarmaq istədiyimiz o aclıq indi bizi birləşdirir, bir bayrama çevrilir.
Bu hiss bizə yaşamağın mənasını açır, bizə həyatı anladır. İtirməyin qorxusu və dünya malının mənasızlığı. Biz onlarsız da yaşa bilirik, amma o naz-nemət bizi quluna, əsirinə çevirir.
Aclıqla sınanmaq, aclığa qalib gəlmək …

, , , , , , , , , , , , , , ,

2 Şərh

Soskam və avtomat

Usi  artıq yekə oğlan olmusan “sosqanı” at… Papan deyib ki, “soska”nı atsın gələcəm.

Dordaaan gələcəhh? Hə nənə gələcəhhhh? Yaxşı atdım…

“Soska”m mənim ən yaxın dostum idi.

Müharibə başlamış, atam orduda xidmətə getmişdi. Anam da tibb işçisi olduğu üçün orduya qatılmışdı. Məni nənəm böyütdüb, hə nənəm… Çünki, babam çilingər idi, silah zavodunda ov tüfənglərinin modifikasiyası və kustar silah hazırlanması ilə məşğul idi. Bir sözlə ailəmizdə müharibəyə qatılmamış yeganə insan nənəm idi. Ondan başqa bütün sevdiklərimlə bərabər uşaqlığımı da əlimdən almışdı müharibə, sonradan vətənimi də aldığını biləndə müharibələrə nifrətim artdı. Bu yazının davamını oxu »

, , , , , , , , , , , , , , ,

5 Şərh