Heçnəyimi itiməkdən qorxuram

Məni dünyaya gətirən ana öldü…
Dünyaya gətidiyi körpəsi ölən biri anam oldu, başqasının həyatını özümünkü etdim, öz həyatım olmadı. Yad ailədə doğma oldum, doğulduğum ailədə yad. İllər keçdi özgənin paltarını geyib, qonşunun gətidiyi yeməklərdən yeyib böyüdüm, danışmağa öz sözüm olmadı illərlə dinlədim, dinlədiklərimi təkrarladım.
Sonra bildim ki, məktəbə getməliyəm axır ki, nəsə özümün olacaqdı. Amma olmadı, məktəbimizi işğal elədilər, elə evimizi də. Köçüb Bakıya gəldik, kiminsə evinə yerləşdik, yenə özgənin həyatını özəlləşdirdik, amma, öz həyatımızı da qoyub gəldiyimizə görə elə bəlkə də heç nə dəyişməmişdi. Yad məktəbə də doğmalaşdım. Onun artıq sumkasının içinə bu birinin kitablarını qoyub mənimdir deyib məktəbə getdim. Məktəbi də bitirdim, yox əşi soyuqdan ölmədim, istidən bişmədim, belə adamlar bir az sırtıq olurlar. Heç zəlzələ zad da kömək olmur ki, qırılaq.İllər keçir mən də elə onun bunun həyatından oğurladıqlarımla özümə həyat düzəldib yaşayırdım.
Hərədən bir sualın cavabını soruşub universitetə girdim, ona buna yalvarıb qiymətlər də aldım. Başqalarının maşınları, telefonları, paltarlarını borc aldım, ən yaxşısı olmağa çalışdım, özümü sübüt ütmək üçün hər nə bacardımsa etdim amma yırtıq-yamaq biriydim, səhv yerdə səhv zamanda oldumuşdum həmişə.
Bu dəfə də dostumun sevgilisinə vuruldum, indi onun həyatından başqa birini oğurladım, yad dildə danışdım onunla, yad əllərlə oxşadım onu. Artıqlara qane olur, köhnələri təzə kimi sevə bildim.Faişələri bakirə deyib bağrıma basdım, acıları şəkər deyə sevdim, çirkinlər gözəl dedim… Onsuz d heç nə özümün deyildi, hər şey qurama, hər sey yalan idi bir də oğurluq.
Başqalarını əvəz etməkdən bezdim, sevmədiyim musiqini dinləmək, bəyənmədiyim geyimi geymək anlamadığım dildə danışmaq yordu məni, amma, nə etməli onsuz da özümün heç nəyim yox idi.
Yox, ölmək istəmirəm,sahib olduqlarımı itirməkdən də qorxmuram, onuzda itirmək aldıqlarımı sahiblərinə qaytarmaqdı mənim üçün itirmək. Qorxuram ki, aldıqlarımı geri qaytaranda yerdə qalan o lüt kimsə, sizin illərdi ona əmanət etdiyiniz sevgiyə, hörmətə laiq olmasın. Axı sevginiz və hörmətiniz yeganə şeydir ki, mən onu oğurlamamışam, siz onu özünüz mənə əmanət etmisiniz.
Sevginizi itirməkdən qorxuram onu özgəninkilərlə qazanmışamsa da itirmək itəmirəm onu.

Advertisements

, , , , , , , , , , , , , , , , , , , , ,

  1. #1 , Arzu tərəfindən Yanvar 18, 2012 - 8:49 axşam tarixində

    Maraqlı və düşündürücü….

  2. #2 , Pərviz tərəfindən Aprel 9, 2014 - 9:47 axşam tarixində

    Mükəmməl ötesi bir şey

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: